İnşa və şeir müsabiqəsinin qalibləri mükafatlandırıldılar

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Tədbirlər Planına, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir. Bununla əlaqədar olaraq 28.04.2023-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi təşkilatçı Hüseyn Ağayev və UBR-i Tural Cəmilov məktəbdaxili keçirilmiş inşa və şeir müsabiqəsinin qaliblərini diplom və təşəkkürnamələrlə təltif etdilər.