"Sən elə bir zirvəsən" adlı şeir müsabiqəsi keçirildi

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Tədbirlər Planına, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir. 25.04.2023-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi təşkilatçı Hüseyn Ağayev və UBR-i Tural Cəmilovun təşkilatçılığı, Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Səttarlı, kitabxanaçılar Adilə Məmmədova və Afət Mirzəyevanın iştirakı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə III-VII siniflər arasında məktəbdaxili şeir müsabiqəsi keçirildi. Müsabiqənin yekununda 4b sinif şagirdi Həsənova Aysun, 4ç sinif şagirdi Əzizli Dəniz, 4f sinif şagirdi Musazadə Nəzrin və 6c sinif şagirdi Cabbarova Zeynəb 1-yerə, 3b sinif şagirdi Babazadə Xədicə, 3ğ sinif şagirdi Baxşıyeva Bəyaz, 4a sinif şagirdi Əlizadə Rəna və 5ç sinif şagirdi Qulamzadə Gülsün 2-ci yerə, 3ç sinif şagirdi Mirzəyeva Ülviyyə, 5e sinif şagirdi Cəfərli Suqra, 5ə sinif şagirdi Həsənli Elnurə və 6f sinif şagirdi Süleymanova Nərmin 3-cü yerə layiq görüldülər. 3ğ sinif şagirdi Mejdinli Səma, 6ç sinif şagirdi Məmmədov Rəhman, 6q sinif şagirdi Eyvazzadə Gülər və 7a sinif şagirdi Cəfərli Hüseyn "Təşəkkürnamə" ilə təltif olundular.