"Milli musiqimiz xalqımızın milli dəyəridir" adlı tədbir keçirildi

Təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59 /3-2-95F /2023 nömrəli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq 20.04.2023-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayevin UBR Tural Cəmilovun rəhbərliyi, musiqi müəllimləri Fidan Nəsirova-Əhmədova və Könül Kərimlinin təşkilatçılığı ilə "Milli musiqimiz xalqımızın milli dəyəridir" adlı tədbir təşkil olundu. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Tədbiri giriş sözü ilə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev açaraq müəllim və şagirdləri salamladı. Daha sonra milli musiqimiz, milli musiqimizin yaranma tarixi haqqında ətraflı məlumat verdi. Şagirdlərin ifasında musiqi, rəqs, şeir nömrələri ilə tədbir davam etdi. Tədbirin yekununda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi və belə tədbirlərin tez-tez təşkil edilməsini tövsiyə etdi. Sonda xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi