Məktəbdaxili şahmat yarışı keçirildi

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Tədbirlər Planına, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir. 19.04.2023-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi təşkilatçı Hüseyn Ağayev və UBR-i Tural Cəmilovun rəhbərliyi, fiziki tərbiyə müəllimləri Ələkbərov Elşən və Həsən İsgəndərlinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə məktəbdaxili şahmat yarışı keçirildi. Yarışın sonunda 7c sinif şagirdi Xəyal Rəfizadə 1-ci yerə, 7a sinif şagirdi Röyal Quliyev 2-ci yerə, 4-cü sinif şagirdi Qorqud Cavadlı 3-cü yerə layiq görüldü.