"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində ekskursiya

Təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59 /3-2-95F /2023 nömrəli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq Tarix və mədəniyyət abidələrimizin tanıdılması istiqamətində şagirdlər arasında məlumatlandırma işinin aparılması məqsədilə məktəbin tarix müəllimi İradə Məmmədovanın rəhbərliyi altında 5a, 5b, 5c, 7ç və 7d sinif şagirdləri "Qala" Dövlət-Tarix Etnoqrafiya Qoruğunda, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda, Atəşgah məbədi Dövlət Tarix - Memarlıq Qoruğunda ekskursiyada olmuşlar.