Məktəbdaxili keçirilən mini futbol yarışının qalibləri mükafatlandırıldı

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Tədbirlər Planına, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərə start verilmişdir. Fiziki tərbiyə müəllimləri Mürvət Əliyevin və David Umarovun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə X-XI sinif şagirdləri arasında məktəbdaxili mini futbol üzrə yarış keçirildi. Turnirin sonunda XI d sinfi 1-ci yerə, X b sinfi isə 2-ci yerə layiq görüldü. Məktəb rəhbərliyi qalibləri diplom, medal və kubokla mükafatlandırdı.