Şagirdlərimiz “Sağlam həyat” festivalında iştirak ediblər

Fiziki tərbiyə müəllimlərimiz Mürvət Əliyev, Tayfun Kərimov və David Umarovun rəhbərliyi altında şagirdlərimiz “Sağlam həyat” festivalında iştirak edib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan “Sağlam həyat” festivalında müəllim və şagirdlərimiz aktiv iştirak edib. 6 Aprel - İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü münasibətlə “Sağlam həyat” festivalı təşkil olunub. Festivalın əsas məqsədi əhali arasında sağlam həyat tərzinin təbliğidir. Festival günlərində müxtəlif idman növləri üzrə normativləri yerinə yetirənlərə “qızıl“, “gümüş“ və “bürünc“ stikeri olan sertifikatlar təqdim olunub. Şagirdlərimiz normativləri yüksək səviyyədə yerinə yetirərək sertifikatlar qazanmışlar. Bu münasibətlə şagirdlərimizi təbrik edir, daima sağlam olmalarını arzulayırıq. Müəllim və sertifikat qazanan şagirdlərlə məktəb rəhbərliyi tərəfindən xatirə şəkli çəkdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi