XI siniflər arasında məktəbdaxili mini-futbol yarışı keçirildi

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Tədbirlər Planına, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərə start verilmişdir. Fiziki tərbiyə müəllimləri Mürvət Əliyevin və David Umarovun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 11-ci sinif şagirdləri arasında mini futbol üzrə məktəbdaxili yarışa start verildi. İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Daha sonra iştirakçı komandalar arasında oyunlar baş tutdu.