VI siniflər arasında Biologiya fənnindən "Bilik yarışı" keçirildi

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Tədbirlər Planına, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərə start verilmişdir. 07.04.2023-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi təşkilatçı Hüseyn Ağayev və UBR-i Tural Cəmilovun rəhbərliyi altında 6-cı siniflər arasında biologiya fənni üzrə məktəbdaxili "Bilik yarışı" keçirildi. Yarışda 10 komanda iştirak edirdi. 5 turdan ibarət olan yarışda şagirdlərə hər tur üzrə 3 qapalı və 2 açıq suallar verildi. Şagirdlər sualları komanda şəklində cavablandırdılar. 5 turun sonunda 6a sinfi I yerə, 6g sinfi II yerə, 6ç sinfi isə III yerə layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi