V siniflər arasında Təbiət fənnindən "Bilik yarışı" keçirildi

06.04.2023-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi təşkilatçı Hüseyn Ağayev və UBR-i Tural Cəmilovun rəhbərliyi altında V siniflər arasında təbiət fənni üzrə məktəbdaxili "Bilik yarışı" keçirildi. Yarışda 12 komanda iştirak edirdi. 6 turdan ibarət olan yarışda şagirdlərə hər tur üzrə 3 qapalı və 2 açıq suallar verildi. Şagirdlər sualları komanda şəklində cavablandırdılar. 6 turun sonunda 5c sinfi I yerə, 5k sinfi II yerə, 5a sinfi isə III yerə layiq görüldü.