Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərə start verilmişdir.

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi təşkilatçısı Hüseyn Ağayevin, UBR-i Tural Cəmilovun rəhbərliyi altında 5g, 6ə, 7l, 7m sinif şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu. Ekskursiya çərçivəsində iştirakçılara mərkəz tərəfindən ətraflı məlumat verilib və onlar Heydər Əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Həmçinin onlar dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar. Ekskursiyanın sonunda xatirə fotosu çəkdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi