VIII siniflər arasında İngilis dili fənnindən "Bilik yarışı" keçirildi

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərə start verilmişdir. 03.04.2023-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi təşkilatçı Hüseyn Ağayev və UBR-i Tural Cəmilovun rəhbərliyi altında 8-ci siniflər arasında İngilis dili fənni üzrə məktəbdaxili "Bilik yarışı" keçirildi. Yarışda 13 komanda iştirak edirdi. 6 turdan ibarət olan yarışda şagirdlərə hər tur üzrə 3 qapalı və 2 açıq suallar verildi. Şagirdlər sualları komanda şəklində cavablandırdılar. 6 turun sonunda 8 L sinfi I yerə, 8 a sinfi II yerə, 8 m sinfi III yerə layiq görüldü.