VII siniflər arasında Coğrafiya fənnindən "Bilik yarışı" keçirildi

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Tədbirlər Planına və məktəb üzrə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərə start verilmişdir. 01.04.2023-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi təşkilatçı Hüseyn Ağayev və UBR-i Tural Cəmilovun rəhbərliyi altında 7-ci siniflər arasında Coğrafiya fənni üzrə məktəbdaxili "Bilik yarışı" keçirildi. Yarışda 13 komanda iştirak edirdi. 6 turdan ibarət olan yarışda şagirdlərə hər tur üzrə 3 qapalı və 2 açıq suallar verildi. Şagirdlər sualları komanda şəklində cavablandırdılar. 6 turun sonunda 7 g sinfi I yerə, 7 ə sinfi II yerə, 7 f sinfi III yerə layiq görüldü.