Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu

31 mart 2023-cü il tarixində məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi təşkilatçı Hüseyn Ağayev, UBR-i Tural Cəmilovun rəhbərliyi və 4ç sinif rəhbəri Nəcibə Mayılovanın təşkilatçılığı altında şagirdlərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olundu.

Ekskursiya çərçivəsində iştirakçılara mərkəz tərəfindən ətraflı məlumat verilib və onlar Heydər Əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Həmçinin onlar dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar. Ekskursiyanın sonunda xatirə fotosu çəkdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi