31 mart soyqırımı ilə əlaqədar tədbir keçirildi

31 mart 2023-cü il tarixində məktəbin tarixi müəllimi Ülviyyə Qasımova və kitabxanaçısı Afət Mirzəyevanın təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq tədbir keçirildi. Soyqırım qurbanlarının və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Hüseyn Ağayev 31 Mart Azərbaycanlıların Soyqırımı Günü haqqında məlumat verdi. 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş videoçarx nümayiş etdirildi, şeirlər səsləndirildi.
Tədbirin sonunda məktəbin direktoru Əbülfət Bağırov çıxış edərək soyqırım haqqında öz fikirlərini söylədi, şagirdləri tariximizi dərindən öyrənməyə, soyqırım qurbanlarını unutmamağa çağırdı.