Xəzər rayonunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirildi

Xəzər Rayon İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda bayram şənliyi keçirildi. Tədbir iştirakçıları ilk öncə Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlarla, Xəzər rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri və rayonda fəaliyyət göstərən idman məktəblərinin nümunəvi idman çıxışları ilə həmçinin, açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində təşkil olunmuş xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri ilə tanış olmuşlar. Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, rayon ictimayyətini “Novruz bayramı” münasibətilə təbrik etdi, hər kəsə xoş bayram ovqatı arzuladı.