“Novruz milli bayramdır” adlı tədbir keçirildi

Təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59 /3-2-95F /2023 nömrəli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq 17.03.2023-cü il tarixində kitabxanaçılar Adilə Məmmədova, Afət Mirzəyeva, 4a sinif rəhbəri Nuriyyə Kərimovanın təşkilatçılığı ilə “Novruz milli bayramdır” adlı tədbir keçirildi. Kitabxana müdiri Adilə Məmmədova tədbir iştirakçılarını salamlayaraq, onları təbrik edib. Novruz bayramı haqqında məlumat verib. Sonra 4a sinfinin rəhbəri Nuriyyə Kərimova Novruz bayramının adətləri haqqında danışıb. Tədbir uşaqların hazırladıqları səhnəciklər, rəqslər, şeirlərlə davam edib. Kosa və Keçəlin əyləncələri uşaqlar tərəfindən maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi