"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində "Açıq dərs" keçirildi

Təhsilalanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59 /3-2-95F /2023 nömrəli əmri ilə təsdiq edilmiş "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq 16.03.2023-cü il tarixində məktəbin 4 f sinif rəhbəri Kəmalə Məhərrəmzadənin təşkilatçılığı ilə "Açıq dərs" keçirildi və şagirdlərə xalqımızın adət-ənənələrinin, Novruz adətlərinin yer aldığı kinofilmlər nümayiş etdirildi. Həmçinin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev tərəfindən Novruz bayramının tarixi və Novruz adətləri haqqında şagirdlərə məlumat verildi.