V-VI siniflərdə Bulinq təlimi keçirildi

15 mart 2023-cü il tarixində məktəbin psixoloqu Gülnarə Cəbrayılova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev və UBR-i Tural Cəmilov V-VI siniflərdə bulinq təlimi keçdilər. Təlimlər şagirdlərin aqressiv davranışa, bulinqə məruz qalmasına qarşı maarifləndirmə məqsədi ilə təşkil olunub. Təlimlər zamanı iştirakçılara insan hüquqları, zorakılığın növləri və formaları, bulinq zorakılığın bir forması kimi, bulinq davranışının növləri və formaları, bulinq davranışının təsirləri, profilaktikası üçün əlverişli sosial-psixoloji mühitin təsirləri kimi mövzularda məlumatlar verilib.