Şagirdimizin uğuru

Məktəbimizin şagirdi Xudiyev Zabit Qobustan Rayon Olimpiya İdman Kompleksi və "Lokomotiv İdman Klubu" nun təşkil etdiyi 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş klublararası yoldaşlıq görüşündə yüksək bacarıq göstərərək 46 kq çəki dərəcəsində I yeri tutduğuna görə diplom və medalla təltif olunmuşdur. Bu uğuru münasibəti ilə şagirdimizi təbrik edir, gələcək yarışlarında ona uğurlar arzulayırıq.