"Hər bahar gələndə" adlı bədii qiraət festivalı keçirildi

Martın 13-də Xəzər Rayon Gənclər və İdman İdarəsi və Şüvəlan qəsəbə Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində yerləşən Mədəniyyət Evində “Hər bahar gələndə” adlı bədii qiraət festivalı təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Şərqdə ilk divanın müəllifi Gülarə Munis, Xəzər rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Dilşad Nuriyeva, Şüvəlan qəsəbə Mədəniyyət Evinin direktoru Səma Sadıqova, bədii rəhbər Güləndam İskəndərova iştirak etmişdir. Tədbirdə çıxış edənlər festival iştirakçılarına uğurlar arzu ediblər. Tədbir Xəzər rayonu üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin sinif şagirdləri arasında təşkil olunmuşdur. Festival iştirakçıları baharın gəlişini misralara düzülmüş sözlərlə daha mənalı ifadə etmişlər və çıxışlar etmişdir. Tədbirdə 50 nəfər gənc iştirak etmişdir. Tədbirin sonunda iştirakçılar Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif ediliblər.