“1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirildi

1 mart 2023-cü il tarixində məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Hüseyn Ağayev və UBR-i Tural Cəmilovun təşkilatçılığı ilə “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov, GÇHR-i Mehti Rəhimov və şagirdlər iştirak etdilər. Mehdi Rəhimov şagirdlərə Mülki müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəladə hallara (FH) qarşı necə hazırlıqlı olmağın yolları haqqında ümumi məlumat verdi. Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov çıxış edərək insanların təhlükəsizliyinin təmin olunması, o cümlədən də təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin mühafizəsinin xüsusi əhəmiyyəti haqqında məlumatlarla çıxış etdi və şagirdlərin suallarını cavablandırdı.