İdman həftəsində fərqlənən şagirdlər diplomla təltif olundular

27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirililməsi nəzərdə tutulmuşdur. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir. Bu məqsədlə məktəbin fiziki tərbiyə müəllimləri Tahir Əhədov, Mürvət Əliyev, Həsən İskəndərli və Həsən Rəhimov müxtəlif növ yarışlar təşkil etdilər. Fərqlənən şagirdlər diplomlarla təltif edildilər.