"Ay bəlalı Xocalı" adlı sinifdaxili tədbir keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 21.02.2023-cü il tarixli 3-29-59/3-2-95F/2023 nömrəli əmri ilə təsdiq edilmiş və məktəbin Tədbirlər Planına uyğun olaraq 24.02.2023-cü il tarixində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı olaraq 4a sinif rəhbəri Nuriyyə Kərimovanın təşkilatçılığı ilə sinifdaxili tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Tədbiri məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevil Məmmədova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev və UBR Tural Cəmilov izlədilər. Daha sonra şagirdlər Xocalı soyqırımı ilə əlaqədar videoçarxa baxdılar, şeirlər səsləndirdilər.