"Xocalı soyqırımı erməni vandalizminin nəticəsidir” mövzusunda" Dəyirmi masa"

23 fevral 2023-cü il tarixində məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayevin, UBR Tural Cəmilovun rəhbərliyi, tarix müəllimi Səbuhi Şahsuvarovun təşkilatçılığı, məktəbin psixoloqu, kitabaxanaçılar və şagirdlərin iştirakı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan "Dəyirmi masa" keçirilib. İlk öncə Hüseyn Ağayev çıxış edərək bu həyəcanlı və ağrılı tarixin millətimiz üçün həm böyük insan tələfatı, həm də çoxlu sayda tarixi mədəniyyət abidələrinin məhv edilməsi ilə nəticələndiyini bildirib. Hüseyn Ağayev Xocalı soyqırımının dünya səviyyəsində tanınması və təbliğ edilməsi, düzgün qiymətləndirilməsi istiqamətində dövlətimizin kifayət qədər işlər gördüyünü, amma ikili standartlar ucbatından haqq səsimizi bəyan etməkdə bəzi çətinliklərlə üzləşdiyimizi sözlərinə əlavə edib. "Dəyirmi masa" nın digər iştirakçları və tarix müəllimi Səbuhi Şahsuvarov Xocalı qətliamının faktlara əsaslanan gerçəkliyi, törədilən insan tələfatı və vandalizmin məhz Azərbaycan dövlətçiliyinə qarşı çevrilməsi haqqında məlumat verib, həmçinin tarix boyu ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyi tutmasından, ayrı-ayrı dövrlərdə xalqımızın müstəqilliyə doğru inamlı addımlarla irəliləməsindən narahat olaraq beynəlxalq hüquq normalarına zidd olan müxtəlif təxribat və qırğınlar törətməsindən bəhs ediblər. Daha sonra şagirdlərin təqdimatları dinlənildi və Xocalı haqqında şeirlər səsləndirildi.