Beynəlxalq Ana dili günü qeyd olundu

Beynəlxalq Ana Dili Günü münasibətilə 4f sinfində Kəmalə Məhərrəmzadənin təşkilatçılığı ilə möhtəşəm tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Əbülfət Bağırov, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevil Məmmədova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev çıxışlarında ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verdi. Şagirdlər Beynəlxalq Ana Dili Günü haqqında hazırladığı səhnəcikləri nümayiş etdirdilər, şeirlər söylədilər, mahnılar ifa etdilər. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.