VI siniflər arasında Azərbaycan tarixi fənni üzrə monitorinq imtahanı keçirildi

18.02.2023-cü il tarixində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabovun rəhbərliyi, tarix müəllimi Vüqar Əliyevin təşkilatçılığı ilə 6-cı siniflər arasında Azərbaycan tarixi fənni üzrə monitorinq imtahanı keçirildi. Qeyd edək ki, monitorinqin keçirilməsində məqsəd şagirdlərin tarix fənninə olan marağını artırmaq, onların intellektual səviyyəsini yüksəltmək, istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir.