Şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə layihələr həyata keçirilir. Bununla əlaqədar olaraq 17 fevral 2023-cü il tarixində məktəbin UBR-i Tural Cəmilovun təşkilatçılığı və 5 ə sinif rəhbəri Leyla Söhbətovanın rəhbərliyi ilə şagirdlər Muzey Mərkəzində yerləşən Azərbaycan İstiqlal Muzeyinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə və Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə ekskursiyası təşkil olunmuşdur. Şagirdlər muzeylərdəki eksponatlarla tanış olmuş və bələdçilər tərəfindən şagirdlərə ətraflı məlumatlar verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi