Milli Televiziyanın yaranması günü qeyd olundu

Diqqət-diqqət, göstərir Bakı” - 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. Məktəb üzrə Kiçik Akademiyanın Prezidenti Elza Cəfərovanın təşkilatçılığı ilə Azərbaycan Televiziyasının yarandığı gün münasibəti ilə sinifdaxili tədbir keçirilib. Tədbir başlamamışdan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir zamanı şagirdlər hazırladıqları təqdimatları nümayiş etdiriblər. Qrup işi zamanı Şövkət Ələkbərovanın mahnısı səsləndirilib. Şagirdlər səhnəcik ilə çıxış ediblər. Qruplar fəaliyyət göstərən televiziya kanalları və radiolarına aid şeirlər səsləndiriblər. Bununla da kanalların həmrəyliyi nümayiş olunub. Həmçinin Vətən müharibəsində şəhid olan jurnalistlərin əziz xatirəsi yad edilib.