"Tarix yazan qəhrəmanlar" filmi nümayiş olundu

10.02.2023-cü il tarixində məktəbin biologiya müəllimi Elza Cəfərovanın təşkilatçılığı ilə ssenari müəllifi Əkrəm Bəydəmirli olan "Tarix yazan qəhrəmanlar" filminin təqdimatı oldu. Tədbirdə məktəb rəhbərliyi, valideynlər, şagirdlər, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkərlar İttifaqı Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov, şəhid ailələləri və qazilər iştirak etdilər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əbülfət Bağırov  iştirakçıları salamladıqdan sonra Vətən müharibəsi zamanı Azərbaycanın şanlı qələbəsindən danışdı. Daha sonra filmin ssenari müəllifi Əkrəm Bəydəmirli çıxışında bildirdi ki, sənədli film Vətən müharibəsi şəhidləri Samir Şükürova, Samir Mehdiyevə və Həsənağa Şirvaniyə həsr olunmuşdur. Çıxış edən digər tədbir iştirakçıları Həzərxan Əbilov, məktəbin riyaziyyat müəllimi, Şəhid Həsənağa Şirvaninin sinif rəhbəri olmuş Musa Alıyev və şəhidlərin ailə üzvləri tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər. Filmin nümayişi oldu və şagirdlərin söylədikləri şeirlər dinlənildi. Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi