Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olundu

07 fevral 2023-cw il tarixində 4e sinif rəhbəri Sevinc Fətullayevanın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr edilmiş sinifdaxili tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Əbülfət Bağırov, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevil Məmmədova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev, psixoloqu Gülnarə Cəbrayılova və müəllimlər iştirak etdilər. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, iştirakçılar Mübariz İbrahimovun əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, ehtiramlarını bildirmişdilər. Məktəbin direktoru Əbülfət Bağırov tədbirin məqsəd və məramını açıqlamış, Milli Qəhrəmanın həyatı barədə danışmış, şagirdlərə tövsiyələrini vermişdir. Bu igid gizirin göstərdiyi rəşadətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyi, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə görə Milli Qəhrəman adına layiq görüldüyü vurğulanmışdır. Daha sonra şagirdlər qəhrəmana həsr olunmuş şeirlər, hekayələr söyləmiş, ədəbi-bədii kompozisiyalarla çıxış etmişlər.