Şagirdlərimizin Beynəlxalq Olimpiadalarda uğurları

Məktəbimizin 4e sinif şagirdi  Nuray Rzazadə SASMO- 2022 Beynəlxalq Riyaziyyat Olimpiadasında bürünc medal qazanmışdır. Bundan başqa 4e sinif şagirdləri Əlizadə Nuray və Qurbanov İbrahim beynəlxalq sertifikatla, Fətullayev Murad isə fəxri adla təltif olunmuşlar. SASMO-2022 Beynəlxalq Riyaziyyat Olimpiadasında fərqləndikləri üçün sertifikatla təltif olunmuşlar. Məktəbin direktoru Əbülfət Bağırov  uğur qazanmış şagirdlərə sertifikatları təqdim etdi. Məlumat üçün bildirək ki, SASMO Beynəlxalq Riyaziyyat Olimpiadası 2006-cı ildən Sinqapurda keçirilir. Azərbaycan isə olimpiadada keçən ildən iştirak üçün vəsiqə qazanmışdır. Bu il müsabiqədə ümumilikdə müxtəlif ölkələrdən 33679 məktəbli iştirak etmişdir. Ölkəmiz 2-ci dəfədir ki, bu olimpiadada iştirak edir. Olimpiadada uğur qazanmış şagirdlərimizi təbrik edir, 4e sinif rəhbəri Sevinc Fətullayevaya  təşəkkürümüzü bildiririk!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi