Gənclər Günü ilə əlaqədar muzeylərə ekskursiyalar təşkil olundu

2 fevral Azərbaycan Gəncləri Günüdür. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə layihələr həyata keçirilir. Bununla əlaqədar olaraq uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayevin, UBR Tural Cəmilovun, musiqi müəllimi Fərqanə Mayılovanın təşkilatçılığı ilə bir qrup şagirdin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə, Azərbaycan İstiqlal Muzeyinə, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə ekskursiyası təşkil olunmuşdur. Şagirdlər muzeylərdəki eksponatlarla tanış olmuş və bələdçilər tərəfindən şagirdlərə ətraflı məlumatlar verilmişdir.