"20 Yanvar Ümumxalq Hüzn Günü"nün 33-cü ildönümü

19.01.2023-cü il tarixində məktəbin tarix müəllimi İradə Məmmədova, kitabxanaçılar Adilə Məmmədova və Afət Mirzəyevanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin direktoru Əbülfət Bağırov tədbiri giriş sözü ilə açaraq 20 Yanvar hadisələrinin müstəqillik tariximizdə oynadığı mühüm roldan bəhs edib. Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev çıxış edərək bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələr Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək, xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdiriblər. Şagirdlər faciə haqqında şeirlər söyləyib və musiqilər ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi