Fizika fənnindən “Enerjinin saxlanması qanunu” adlı açıq dərsi keçirildi

18 yanvar 2023-cu il tarixində məktəbin fizika müəllimi Firuzə Əyyublunun 7 c sinfində “Enerjinin saxlanması qanunu” adlı açıq dərsi keçirildi. Şagirdlər mövzu ilə bağlı təqdimatlar hazırlamışdılar. Açıq dərsi məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Səftər Dədəcanov, Mirimayıl Vahabov və Nazim Qardaşov izlədilər.