İbtidai siniflər Şəhidlər xiyabanını ziyarət ediblər

17 yanvar 2023-cü il tarixində Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ərəfəsində məktəbin ibtidai sinif müəllimi Nuriyyə Kərimova və kitabxanaçı Afət Mirzəyeva 4 a sinif şagirdləri ilə Şəhidlər xiyabanını ziyarət ediblər. Ziyarət zamanı məktəbin müəllimi Nuriyyə Kərimova şagirdlərə 20 Yanvar faciəsi barədə geniş məlumat verib, bu qanlı hadisənin başvermə səbəblərindən və acı nəticələrindən danışıb. Sonda müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.