Riyaziyyat aylığı çərçivəsində "Bilik yarışı" keçirildi

9 yanvar 2023-cü il tarixində riyaziyyat aylığı çərçivəsində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazim Qardaşovun rəhbərliyi və riyaziyyat müəllimi Aygün Abdinovanın təşkilatçılığı ilə V siniflər arasında Bilik yarışı keçirildi. Bilik yarışında hər komandada 6 nəfər olmaqla ümumilikdə 12 komanda iştirak etdi. Sonuncu turun nəticələrinə əsasən V ə və V ç sinifləri I yer, V f və V ğ sinifləri II yerə layiq görüldülər. Yarışın sonunda qalib gələn komandalar diplomla təltif olundular.