"Həmrəy olaq-bir olaq" adlı Həmrəylik günü tədbir keçirildi

30.12.2022-ci il tarixində məktəbin ibtidai sinif müəllimləri Məfkurə Cəfərovanın, Nuriyyə Kərimovanın və Mehparə Abbasovanın təşkilatçılığı və şagirdlərin iştirakı ilə "Həmrəy olaq-bir olaq" adlı tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Məktəbin direktoru Əbülfət Bağırov çıxış edərək qeyd etdi ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev çıxışında bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyulub. Daha sonra 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı – Dünya Azərbaycanlıların Həmrəylik Günü elan olunub. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir. Daha sonra bayram tədbiri şagirdlərin hazırladıqları bir-birindən gözəl şeir, musiqi, rəqs nömrələri ilə davam etdi.Həmçinin şagirdlər tərəfindən səhnəciklər nümayiş etdirildi.