31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə "Bilik yarışı" keçirildi

28.12.2022-ci il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayevin təşkilatçılığı ilə V sinif şagirdləri arasında Azərbaycan tarixi fənnindən 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə "Bilik yarışı" keçirildi. 1-ci yer 5 a sinfi, 2-ci yer 5 k sinfi, 3-cü yer 5 ç sinfi oldu. Qaliblərə diplom verildi. Qeyd edək ki, bilik yarışının keçirilməsində məqsəd şagirdlərin tarix fənninə olan marağını artırmaq, onların intellektual səviyyəsini yüksəltmək, istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdən ibarətdir.