Riyaziyyat aylığı çərçivəsində "açıq dərs" keçirildi

27 dekabr 2022-ci il tarixində Riyaziyyat aylığı çərçivəsində məktəbin Riyaziyyat müəllimi Könül Bəylərova tərəfindən 5 b sinfində “açıq dərs” təşkil edildi. Dərsin mövzusu “Onluq kəsrlərin toplanması” idi. “Açıq dərs”də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Mirismayıl Vahabov, Sevinc Qasımlı və sinif rəhbəri Ayna Mustafayeva iştirak etdilər. Dərsdə şagirdlər fərdi və qruplar şəklində öz bacarıqlarını nümayiş etdirdilər.