“Ümid yeri” uşaq sığınacağında Yeni il şənliyi

26 dekabr 2022-ci il tarixində məktəbin UBR-i Tural Cəmilovun təşkilatçılığı ilə Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Yeni il şənliyi təşkil edilmişdir. Sözügedən həssas qrupa mənsub 57 uşaq üçün maraqlı bayram şənliyi təşkil olunub. Tədbir iştirakçılarına bayram süfrəsi, hədiyyələr və incəsənət ustalarının iştirakı ilə şou-proqram təqdim edilib. Tədbirdə məktəbin şagird, valideyn və müəllim heyəti iştirak etdilər.