Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

26.12.2022-ci il tarixində Bakı şəhəri R.Baxışov adına 218 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Aysel Civişovanın və Aysel Vəliyevanın təşkilatçılığı ilə Əhməd Cavadın 130 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Şagirdlərin ifasında şairin yaradıcılığından şeirlər səsləndirildi və musiqilər ifa olundu. Yubiley mərasimini yekun nitqi ilə tamamlayan məktəbin direktoru Əbülfət Bağırov qeyd edib ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış unudulmaz şəxsiyyətdir. Belə bir şəxsiyyət haqqında məktəbin müəllimləri və şagirdləri tərəfindən təmtəraqlı gecənin təşkil edilməsini yüksək qiymətləndirən direktor əməyi keçən bütün əməkdaşlara təşəkkürünü bildirib. Həmçinin o Azərbaycan dövlətçiliyi və ədəbiyyatı tarixində milli istiqlal şairi kimi tanınan Əhməd Cavadın yüksək vətənpərvərlik qayəsindən, xalqa, dövlətçiliyimizə sədaqətindən qürur hissi ilə danışdı. Qeyd etdi ki, Əhməd Cavad M.F.Axundzadə, H.Zərdabi, M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Hadi, H.Cavid və başqaları ilə başlayan Azərbaycan milli istiqlal ideyası və türkçülük məfkurəsinin davamçısıdır. Onun adının milli azadlıq və istiqlal ideyaları ilə möhkəm bağlılığının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 aprel 2022-ci il tarixdə görkəmli sənətkarın anadan olmasının 130 illiyinin respublika səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Bu sərəncamla bağlı olaraq məktəbimizdə Tədbirlər planı hazırlanmış və silsilə tədbirlər keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi