Riyaziyyat aylığı çərçivəsində "açıq dərs" keçirildi

Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Dekabr ayı məktəbdə riyaziyyat aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. Aylığın tədbirlər planına uyğun olaraq dekabrın 22-də məktəbin riyaziyyat müəllimi Nərgiz Əlizadənin təşkilatçılığı ilə 8q sinif şagirdlərinin iştirakı ilə riyaziyyat fənnindən "Trapesiya.Trapesiyanın orta xətti" mövzusunda "açıq dərs" keçirildi. Dərsin gedişi məktəb rəhbərliyi tərəfindən izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi