Riyaziyyat aylığı çərçivəsində "açıq dərs" keçirildi

20 dekabr 2022-ci il tarixində Riyaziyyat aylığı çərçivəsində məktəbin Riyaziyyat müəllimi Səbinə Hüseynova tərəfindən 8 e sinfində “açıq dərs” təşkil edildi. Dərsin mövzusu “Trapesiya. Trapesiyanın orta xətti” idi. “Açıq dərs”də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nazim Qardaşov, riyaziyyat müəllimləri Səmayə Dadaşova və Nərmin Rüstəmova iştirak etdilər. Dərsdə şagirdlər fərdi və qruplar şəklində öz bacarıqlarını nümayiş etdirdilər.