“Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir

19.12.2022-ci il tarixində məktəbin ibtidai sinif müəllimi Rəqsanə Nəcəfovanın təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Məqsəd uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsini təbliğ etmək və onlarla bağlı yol-nəqliyyat hadisələrinin sayını azaltmaqdır. Tədbirdə yol nişanları, piyada keçidləri, təhlükəsizlik kəmərinin əhəmiyyəti ilə bağlı maarifləndirici videoçarxlar nümayiş olunub. Nümayiş olunan videoçarxlar vasitəsilə uşaqlar piyadaların səhvlərini müzakirə ediblər, təhlükəsizlik kəmərini bağlamayanda hansı pis nəticələrlə qarşılaşacaqları uşaqlara izah edilib. Videoçarxlardakı hadisələr haqqında uşaqların fikirləri dinlənilib və sualları cavablandırılıb. Tədbirdə məktəbin rəhbərliyi, müəllim və şagird heyəti, iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi