Şagirdlərin Muzeylərə ekskursiyası

Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili olduqca vacib istiqamətlərdən biridir.İstirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi - nəzərindən böyük məna kəsb edir. Bununla əlaqədar olaraq 11.12.2022-ci il tarixində Bakı şəhəri R. Baxışov adına 218 nömrəli tam orta məktəbin 7ç, 7d sinif şagirdlərinin tarix müəllimi İradə Məmmədova və Dürdanə Mustafayevanın rəhbərlikləri altında Miniatür Kitab Muzeyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə, Nobel Qardaşları Muzeyinə və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeylərinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiya çərçivəsində muzeylər haqqında gənclərə ətraflı məlumat verilmişdir. Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya zamanı 44 günlük şanlı Zəfərimizə ithaf olunmuş “Mədəniyyətimizin incisi - Qarabağ” sərgisini ziyarət ediblər. Onlar sərgiyə baxış zamanı Azərbaycanın mədəni irsinə böyük töhfələr verən Qarabağın incəsənət xadimlərinə, xanəndələrinə məxsus şəxsi əşyalar, fotoşəkillər, Qarabağ xalçaları, bədii tikmələr, milli geyimlər, məişət əşyaları və digər eksponatlarla yaxından tanış olublar.