Biologiya fənni üzrə "Bilik yarışı"

Məktəbin biologiya müəllimi Dürdanə Mustafayevanın təşkilatçılığı ilə dekabrın 17-də məktəbin fəaliyyət planına uyğun VIII L, M, G, Q sinif şagirdləri arasında biologiya fənni üzrə siniflərarası “Bilik yarışı” keçirilib. İntellektual yarışın keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin biologiya fənni üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır. Yarışda "Xarıbülbül", "Bənövşə ", "Lalə" və "Qızılgül" komandaları iştirak edib. Şagirdlərə biologiya fənni üzrə 15 sual təqdim edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda bütün sualları doğru cavablandıran “Bənövşə” komandası qalib olub.