“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat yazı müsabiqəsi

2022-ci ilin əvvəlində BŞTi və BŞİH-nin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Bakı şəhər məktəblərində keçirilən bu konfranslarda 2000-dən çox şagirdin Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair hazırladıqları monoqrafiyalardan paytaxtın hər rayonu üzrə 5 referat olmaqla, ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək BŞİH-nin dəstəyi ilə çap olunan kitaba daxil edilib. “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən məktəblilərin referat müsabiqəsində seçilmiş yazı işlərindən ibarət növbəti kitabın təqdimat mərasimi keçirilib. Mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Şükürovun oğlu Ümid Şükürlü, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Vətən Müharibəsində qazandığımız tarixi qələbəmizdən bəhs edən videoçarx nümayiş olunub.

Məktəbin tarix müəllimi Taliyə Quliyevanın elmi rəhbəri olduğu X sinif şagirdi Əliyev Samir Pərviz oğlu Bakı Şəhəri İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 2022-ci ili mart və aprel aylarında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən referat yazı müsabiqəsinin Bakı şəhəri üzrə qalibi olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi