Riyaziyyat aylığı çərçivəsində "açıq dərs" keçirildi

15 dekabr 2022-ci il tarixində Riyaziyyat aylığı çərçivəsində məktəbin Riyaziyyat müəllimi Abdinova Aygün tərəfindən 6 ə sinfində “açıq dərs” təşkil edildi. Dərsin mövzusu “Faizə aid məsələlər” idi. “Açıq dərs”də məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mirismayıl Vahabov, riyaziyyat müəllimləri Səbinə Hüseynova, Rüstəmova Nərmin və Könül Bəylərova iştirak etdilər. Dərsdə şagirdlər fərdi və qruplar şəklində öz bacarıqlarını nümayiş etdirdilər.