Heydər Əliyevin anım günü ilə əlaqədar sinif təşkilat saatı

12.12.2022-ci il tarixində məktəbin 6a sinif rəhbəri Fərqanə Mayılovanın təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümünə həsr olunmuş sinif təşkilat saatı keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərin ifasında səsləndirilən şeirlər məktəb rəhbərliyi və müəllimlər tərəfindən bəyənildi.